Alveş: "Barselona" hər zaman özünü sübut edir"

"Barselona" klubunun müdafiəçisi Daniel Alveş Çempionlar Liqasının 1/8 finalında qalib gəldikləri "Mançester Siti" ilə matç (2:1) haqda fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, "Blaugrana"ya danışan braziliyalı futbolçu komanda olaraq özlərini sübut etdiklərini bildirib:

"Növbəti mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtik. İşlər yolunda getməyəndə tənqid olunmağımız normaldır. Təkcə qol vurduğum üçün deyil, bu komandada çıxış etdiyim üçün çox sevincliyəm. Qarşımızda yanız bir yol var, irəliləmək. Daha öncə yatmışdıq, indi isə irəli gedirik. Hər zaman özümüzü sübut etmişik. Biz azarkeşlərimizlə daha güclüyük. Ölənədək bu formanı müdafiə etməliyik".

Qeyd edək ki, "Mançester Siti" ilə oyunda komandasının ikinci qolunu vuran Alveş qələbədə əsas pay sahibi olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31