“Traktor” turnir cədvəlində liderliyi ələ keçirdi
13 Mart 2014 12:07 İdmanGüney Azərbaycanın "Traktor" futbol klubu Asiya Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun oyununda 0-0 bərabərə qalıb. Təbriz təmsilçisi Qətərin "Abdullah bin-Nasir bin-Xəlifə" stadionunda bu ölkənin "Lexviya" komandası ilə üz-üzə gəlib. Toni Oliveyranın yetirmələri görüşdə yaxşı təsir bağışlayıblar. "Lexaviya"-nın qapısı qarşısında tez-tez təhlükəli vəziyyətlər yaradan "Traktor" bir neçə dəfə hesabı açmağa yaxın olub. Klubun futbolçusu İbrahimin 25-ci dəqiqədə uzaq məsafədən vurduğu zərbə topu qapı tirinə çırpıb. 16-cı dəqiqədə "Lexaviya"-nın penalti zərbəsilə fərqlənmək şansına qapıçı Sebastyan imkan verməyib. "Traktor"-un futbolçusu Mehdi Nüsrəti 89-cu dəqiqədə qırmızı kart alaraq meydanı tərk edib. Oyunda bir xal qazanan "Traktor" qrupda liderliyi ələ keçirib. Qeyd edək ki, bundan əvvəl keçirilən qarşılaşmada Təbriz təmsilçisi Səudiyyə Ərəbistanının "əl-İttihad" klubunu 1-0 hesabı ilə məğlub edib. ("OLAYLAR" İA)