Gənclər və İdman Nazirliyi niyyət protokolu imzalayacaq
13 Mart 2014 12:01 İdmanBirləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Gənclər və İdman Nazirliyi arasında "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması" layihəsi üzrə niyyət protokolunun imzalanma mərasimi keçiriləcəkdir.
Niyyət protokolu çərçivəsində 2014-cü ilin son rübündə Bakıda keçirilməsi nəzərdə tutulan Gənclər Siyasəti üzrə I Qlobal Forumunun təşkil edilməsinin dəstəklənməsi və BMT Modeli Konfranslarının (Model UN Conference) Azərbaycanda institutlaşdırılması nəzərdə tutulmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31