Ançelotti: "Əsas rəqibimiz "Bavariya"dır"
13 Mart 2014 19:53 İdman"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti bu mövsüm əsas hədəflərindən danışıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis ən birinci məqsədlərinin Çempionlar Liqasının kubokunu qazanmaq olduğunu deyib:
"Real" çox önəmli bir tarixə sahibdir. Ancaq 2002-ci ildən indiyə kimi Madrid klubu Çempionlar Liqasının finalına çıxa bilmir. Bu səbəbdən bizim ən birinci hədəfimizi finala yüksəlmək və ÇL-in kubokunu qazanmaqdır. Hazırda bu mübarizədə əsas rəqibimiz "Bavariya"dır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31