Kurtua: "Çempionlar Liqasında finalında oynamaq istəyirik"
13 Mart 2014 19:31 İdman"Atletiko" (Madrid) klubunun qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 finalının cavab görüşü çərçivəsində "Milan"la baş tutan oyun haqda danışıb. Qol.Az-ın məlumatına görə, ispaniyalı qolkiper "Football Espana"ya açıqlamasında Çempionlar Liqasının finalında oynamaq istədiklərini bildirib:
"1/4 finala adladığımız üçün şadam. Komanda yoldaşlarımın hamısı oyunu yüksək səviyyədə keçirdi. Doğrudur, birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Lakin fasilədən sonra istəyimizə nail olduq. Turnirdəki hədəfimizə gəlincə finalda oynamaq istəyirik. Ancaq bu çox çətin görünür".
Qeyd edək ki, evdə "Milan"ı 4:1 hesabı ilə məğlub edən "Atletiko" 1/4 finala yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31