Martino: "Necə komanda olduğumuzu hər kəsə sübut etdik"
13 Mart 2014 19:25 İdman"Bizim üçün asan oyun olmadı. Hər iki matçda üstün tərəf komandam idi. "Mançester Siti"ni məğlub edərək necə komanda olduğumuzu hər kəsə sübut etdik. Bundan sonrakı mərhələdə də rəqib kim olursa-olsun, uğurlu çıxış edəcəyik. "Mançester Siti" 1/4 finala yüksələn başqa klubları məğlub edə bilərdi". Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə cavab oyunundan (2:1) sonra deyib.
Təcrübəli mütəxəssis komandasının son zamanlar qeyri-stabil çıxış etdiyini bildirib: "Bunun isə bir çox səbəbi var".
Qeyd edək ki, "Barselona" ilk matçda da "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub etdiyi üçün növbəti mərhələyə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31