Çempionlar Liqası: Bu, Messinin gecəsiydi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki iştirakçısının adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, dünən olduğu kimi bu gün də səfər komandaları ev oyununa böyük üstünlüklə çıxıblar. Qarşılaşmalar İspaniya (Barselona - Mançester Siti) və Fransada (PSJ - Bayer) baş tutub.İlk oyunda səfərdə "Mançester Siti"ni 2:0 hesabıyla məğlub edən "Barselona" növbəti mərhələyə yüksəlməyə çox yaxın idi. Bu mənada statistika da kataloniyalıların tərəfindəydi. Belə ki, "Barsa" UEFA bayrağı altında keçirilən turnirlərdə ilk səfər görüşündə qələbə qazandığı 34 duelin 32-də mübarizəni davam etdirmişdi. Elə bu dəfə də Kataloniya təmsilçisi ənənəsinə sadiq qaldı və qələbə qazanaraq, adını 1/4 finala yazdırdı.Günün digər görüşü PSJ və "Bayer" arasında oldu. Paris klubu ilk oyunda böyük hesablı (4:0) qələbə qazanmaqla, demək olar ki, cütün taleyini həll etmişdi. Cavab görüşündə də qalib gələn bu komanda 1/4 finala yüksəlib.

Çempionlar Liqası
1/8 final (cavab oyunları)

12 mart

Barselona (İspaniya) - Mançester Siti (İngiltərə) - 2:1 (İlk oyun - 2:0)
Qollar: Messi, 67, D.Alveş, 90 - Kompani, 89.

PSJ (Fransa) - Bayer (Almaniya) - 2:1 (İlk oyun - 4:0)
Qollar: Markinyos, 13, Lavetsi, 53 - Sam, 6.
Matçın 28-ci dəqiqəsində qonaqların oyunçusu Rolfes penaltidən yararlana bilməyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31