"Dünya çempionatlarının planında dəyişiklik olmayacaq"
12 Mart 2014 18:24 İdmanFİFA prezidenti Yozef Blatter qarşıdakı dünya çempionatlarının təşkili ilə bağlı açıqlamalar verib. Qol.Az-ın "Sports.ru"ya istinadən verdiyi məlumata görə, Blatter Braziliya (2014), Rusiya (2018) və Qətərdə (2022) keçiriləcək dünya çempionatlarının planında hansısa dəyişikliyin olmayacağını bildirib: "Biz qarşıdakı üç dünya çempionatının planında hansısa dəyişiklik etməyi düşünmürük. Braziliya və Rusiyada mundialların təşkil olunmasında heç bir problem görmürəm. Ancaq Qətərdə yeganə problem hərarətlə bağlıdır ki, onu da yaxın zamanlarda həll edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31