Yuri Syomin: "Heç-heçə pis nəticə deyil"
12 Mart 2014 18:17 İdman"Azərbaycan futbolunun iki liderinə qarşı ardıcıl oyunlar keçirmək həm fiziki, həm də psixoloji cəhətdən çətindir".
Qol.Az-ın məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Qarabağ"la kubok matçından (0:0) sonra keçirilən mətbuat konfransında deyib:
Rusiyalı mütəxəssis heç-heçənin pis nəticə olmadığını bildirib: "Kubokda hər mərhələ iki oyundan ibarət olduğu üçün nəticəni pis saymıram. 3 gündən bir oynasaq da, komanda pis oyun göstərmədi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31