Pepe Mourinyoya "ilişdi"
12 Mart 2014 18:09 İdmanMadrid "Real"ının portuqaliyalı futbolçusu Pepe, keçmiş baş məşqçisi Joze Mourinyoya "ilişib". Siasport.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssis, Madrid klubunda işlədiyi vaxtlarda komandanın bir çox futbolçusunun oyun başlamadan əvvəl güzgü qarşısına keçərək necə göründüklərinə diqqət etmələrini demişdi. Bu sözlər isə, Pepenin xoşuna gəlməyib. Kral klubunun ulduz futbolçusu "Onde Cero" radiosuna açıqlamasında həmyerlisinə cavab verib: "Yəqin ki, Mourinyo dünyada səhər oyanarkən güzgüyə baxmayan yeganə insandır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31