UEFA "Bavariya"nı cəzalandıracaq
12 Mart 2014 18:20 İdmanUEFA İntizam Komitəsi "Bavariya" klubunu cəzalandıracaq. Qol.Az-ın məlumatına görə, buna Münhen təmsilçisinin azarkeşlərinin "Arsenal"la Çempionlar Liqası matçında homofobik pankart açmaları səbəb olub.
Belə ki, "Bavariya" azarkeşləri "Arsenal"ın simvolu sayılan top (artileriya) fiqurunun qarşısında komandanın türk əsilli alman futbolçusu Məsut Özilin şəkili olan "Gay Gunners" yazılı pankart açıblar. Kiçik olmasına baxmayaraq bu pankart fotoqrafların diqqətindən yayınmayıb. UEFA-nın bu pankarta görə "Bavariya"ya pul cəzası kəsəcəyi iddia olunur.
Qeyd edək ki, "Bavariya" - "Arsenal" oyunu 1:1 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31