Qəbələdə sülh, "Bakı" və "Xəzər Lənkəran" səfərdə qalib gəldilər

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Trend-in məlumatına görə, ilk oyun Qəbələdə baş tutub. Burada eyniadlı komanda "Qarabağ"ı qəbul edib. Qarşılıqlı hücumlara baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

"Rəvan" doğma meydanda "Bakı" ilə qarşılaşıb. 28-ci dəqiqədə Cavid Hüseynov "Bakı"nı hesabda irəli çıxarıb. Oyunda başqa qol qeydə alınmayıb - 0:1.

Naxçıvanın "Araz" klubu isə "Xəzər Lənkəran"ı sınağa çəkib. Lənkəran təmsilçisi 69-cu dəqiqədə Alvaro Silvanın qolu ilə səfər matçından qalib ayrılıb - 0:1.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31