Droqba "Roma"nın hədəfində
12 Mart 2014 18:30 İdman"Qalatasaray"ın futbolçusu Didye Droqba daha bir klubun maraq dairəsinə düşüb. Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi mlumata görə, Fil Dişi Sahili yığmasının hücumçusunu İtaliyanın "Roma" klubu heyətinə qatmaq istəyir. "Cim Bom"la müqaviləsi mövsümün sonu başa çatacaq Droqba ilə paytaxt təmsilçisinin yaxın günlərdə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, "Roma" 2009-cu ildə də Droqbanı transfer etmək istəyib, ancaq buna nail olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31