"Bavariya"nın oyunu "Barselona"nı xatırladır"

"Bavariya" klubunun fəxri prezidenti Franz Bekkenbauer maraqlı fikirləri ilə diqqət çəkib.Qol.Az-ın məlumatına görə, "sport1.de"yə danışan Bekkenbauer "Bavariya"nın bu mövsümkü oyununu Pep Qvardiolanın daha öncə çalışdırdığı "Barselona"nı xatırlatdığını bildirib: 

"Bavariya"nın bu mövsümkü oyunu Pep Qvardiolanın "Barselona"sını xatırladır. Komanda əsasən rəqibin cərimə meydançası ətrafında topu bir-birinə ötürməklə hücumlar qurur. Ancaq mən bunun tərəfdarı deyiləm. Ən yaxşı hücum uzaq məsafədən qapıya zərbə endirməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31