Martino: "Aquero işimizi çətinləşdirəcək"
12 Mart 2014 18:55 İdman"Barselona"nın baş məşqçis Xerardo Martino Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bu gün baş tutacaq qarşılaşma haqda bunları deyib:
"İlk oyundan sonra üstün tərəf bizik. Ancaq bu matça sanki birinci oyunda 0:0 hesabı olmuş kimi çıxacağıq. Cavab qarşılaşmasında rəqibin futbolçusu Serxio Aquero da iştirak edəcək. Bu, bizim işimizi bir qədər çətinləşdirəcək".
Qeyd edək ki, "Barselona" - "Mançester Siti" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31