"Arsenal"ın daha bir futbolçusu sıradan çıxdı
12 Mart 2014 11:48 İdmanİngiltərənin "Arsenal" klubunun daha bir futbolçusu sıradan çıxıb. Qol.Az-ın məlumatına görə, komandanın yarımmüdafiəçi Məsut Özil Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Bavariya" ilə matçda zədələnib.
Almaniya millisinin üzvü dizaltı vətərindən xəsarət alıb. Oyunu davam etdirə bilməyən türk əsilli futbolçu fasilədə yerini Tomaş Rosiçkiyə verib. "Arsenal"ın baş məşqçisi Arsen Venger 25 yaşlı oyunçunun bir neçə həftəliyə sıradan çıxdığını bildirib.
Qeyd edək ki, "Bavariya" - "Arsenal" oyunu 1:1 hesabı ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31