“AtaBank”-dan Dünya Çempionatını canlı izləmək imkanı
12 Mart 2014 11:42 İdman"AtaBank" ASC və "VISA" ödəmə sistemi müştərilərinə 2014-cü ildə Braziliyadakı futbol üzrə Dünya Çempionatına getmək şansından istifadə etməyi təklif edir. Bankdan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, bundan əlavə iştirakçılar arasında eksklüziv suvenirlər oynanılacaq. 10 mart - 30 aprel tarixlərində keçiriləcək birgə lotereyada iştirak üçün Azərbaycanda və xaricdə, o cümlədən onlayn alış-veriş zamanı VISA kartı ilə ödəniş etmək, xaricdə bankomat vasitəsilə nağdlaşdırma əməliyyatı aparmaq kifayətdir. Məbləğdən asılı olmayaraq hər bir şəxs, VISA ilə ödədikdə, avtomatik olaraq aksiyaya qoşulur və hər aparılmış əməliyyat bir şans kimi qiymətləndirilir. Qaliblər 2014-cü ilin may ayında təsadüfi seçim yolu ilə seçiləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31