Noyer: "Arsenal" güclü xarakterə malik komandadır"
12 Mart 2014 11:37 İdman"Bavariya" klubunun qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 finalının cavab oyunu çərçivəsində "Arsenal"la baş tutan oyun haqda danışıb. Qol.Az-ın məlumatına görə, almaniyalı qolkiper "sport1.de"yə açıqlamasında "Arsenal"ın güclü rəqib olduğunu bildirib:
"Arsenal" çox güclü xarakterə malik komandadır. Cavab matçında daha yaxşı oynadılar və bizə müəyyən qədər problem yaratdılar. Onlarla görüşdə arxayınlaşmaq olmaz. "Topçular" rəqibin səhvini bağışlamırlar. Dünən də bunun şahidi olduq".
Qeyd edək ki, cavab matçında "Arsenal"la 1:1 bərabərə qalan "Bavariya" 1/4 finala yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31