Dieqo Kosta: "Qarşımıza kim çıxarsa çıxsın..."
12 Mart 2014 11:33 İdman"Növbəti mərhələyə yüksəldiyimiz üçün sevinməliyik. 1/4 finalda hansı klubla qarşılaşacağımızı düşünməməliyik. Qarşımıza kim çıxarsa çıxsın, bu mərhələdə bütün rəqiblər güclüdür. Artıq La Liqada qələbə qazanmağa çalışmalıyıq".
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Atletiko" (Madrid) klubunun futbolçusu Dieqo Kosta Çempionlar Liqasının 1/8 finalında "Milan"la baş tutan oyundan (4:1) sonra deyib.
O, "Visente Kalderon" stadionunda onlara dəstək olan bütün azarkeşlərə təşəkkürünü bildirib: "Azarkeşlərimiz möhtəşəm idi. Hər zaman bizi dəstəkləyirlər. Bu qalibiyyəti onlara həsr edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31