Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iştirakçıları məlum oldu
12 Mart 2014 09:14 İdmanUEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.Trend-in məlumatına görə, "Bavariya" doğma meydanda ilk görüşdə 2:0 hesabı ilə məğlub etdiyi "Arsenal"ı qəbul edib. Almanların üstünlüyü ilə keçən birinci hissədə hesab açılmayıb.İkinci hissənin 55-ci dəqiqəsində Bastian Şvaynştayqer hesabı açıb. Lakin mühnenlilərin sevinci uzun sürməyib. Cəmi 2 dəqiqə sonra London təmsilçisi hesaba tarazlıq gətirib - Lukas Podolski fərqlənib.Matçın son dəqiqələrində isə Tomas Müller penalti zərbəsindən yararlana bilməyib - 1:1.
Madriddə isə "Atletiko" və "Milan" üz-üzə gəliblər. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən İspaniya təmsilçisi cavab görüşünə də fəal başlayıb. Artıq 3-cü dəqiqədə Dieqo Kosta hesabı açıb. 27-ci dəqiqədə isə Kaka hesabı bərabərləşdirib. Lakin Arda Turan 14 dəqiqə sonra ispanları yenidən önə keçirib - 2:1.Raul Qarsia 71-ci dəqiqədə italyanları növbəti dəfə məyus edib. 85-ci dəqiqədə isə D.Kosta dubla imza atıb - 4:1.Beləliklə, "Bavariya" və "Atletiko" 1/4 final mərhələsinə vəsiqə qazanıblar.Qeyd edək ki, sabah 1/8 finalın daha iki oyunu keçiriləcək.