Tomas Müller "Barselona"nın hədəfində

"Bavariya" klubunun hücumçusu Tomas Müller karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, alman futbolçu ilə "Barselona" klubu yaxından maraqlanır.

Kataloniya təmsilçisi Müllerin transferi üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır. Münhen təmsilçisi klubla 2017-ci ilə qədər müqaviləsi olan Mülleri satmağı düşünmür. Lakin yüksək məbləğ qarşılığında 24 yaşlı futbolçunun komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən "Bavariya"nın şərəfini qoruyan Müller keçirdiyi 156 oyunda 57 dəfə rəqib qapılarına yol tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31