Spaletti "Tottenhem"i çalışdıra bilər

"Zenit" klubunun baş məşqçi postundan qovulan Luçano Spaletti karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssisin adı "Tottenhem" klubu ilə hallanır.

Hazırkı baş məşqçi Tim Şervudun işindən narazı qalan "Tottenhem" rəhbərliyi yeni mövsümdən italiyalı mütəxəssislə çalışmağı planlaşdırır. Spaletti hələlik bu təklifə münasibət bildirməyib.

Qeyd edək ki, Spalettinin İtaliyanın "Fiorentina" klubunu çalışdıracağı da iddia olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31