Yurgen Klinsman: "Fantastik rəqiblərimiz var"
7 Mart 2014 18:03 İdmanABŞ millisinin baş məşqçisi Yurgen Klinsman may ayında yoldaşlıq oyunu çərçivəsində qarşılaşacaqları rəqibləri haqda fikirlərini bildirib.
Qol.Az-ın "sports.ru"ya istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis yoxlama oyunlarında qüvvəsini sınayacaqları rəqiblərdən məmnun qaldığını deyib: "Yoxlama oyunlarının təqvimindən məmnunam. Fantastik rəqiblərimiz var. Onlara qarşı oyunlar bizim mundiala yaxşı hazırlaşmağımıza kömək edəcək. Eyni zamanda müxtəlif şəhərlərdə, fərqli iqlimdə oynamaq təcrübəsi qazanacağıq".
Qeyd edək ki, mayın 27-də millimizlə qarşılaşacaq ABŞ yığması 4 gün sonra Türkiyə ilə üz-üzə gələcək. Klinsmanın komandası iyunun 7-də Nigeriya yığması ilə oyunda qüvvəsini sınayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31