AFFA 19 milyon xərclədi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xərcləri nisbətən azalıb. Trend-in məlumatına görə, AFFA-nın Maliyyə və Mühasibat Departamentinin rəisi Əli Cavadov qurumun bu gün keçirilən hesabat konfransında 2013-cü ilin maliyyə hesabatını təqdim edib. O bildirib ki, AFFA-nın gəliri 29 milyon 510 min 884 manat, xərcləri isə 19 milyon 811 min 919 manat təşkil edib.

2014-cü ildə xərclər 19 milyon 700 min manat həcmində planlaşdırılır. Bakı şəhər auditor təşkilatının nümayəndəsi Babək Məmmədov AFFA-nın maliyyə vəziyyətinin qaydasında olduğunu bildirib. Maliyyə hesabatı səsə qoyularaq, qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31