"Ronaldo və Messinin dünya çempionu olmalarına ehtiyac yoxdur"

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo dünyanın ən yaxşı iki futbolçusu - Kriştiano Ronaldo və Lionel Messi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis İspaniya mətbuatına açıqlamasında hər iki futbolçunun dünya çempionu olmalarına ehtiyac duymadığını bildirib:

"Ronaldo və Messi hazırda dünyanın ən yaxşı iki futbolçusudur. Düşünürəm ki, onların dünya çempionu olmalarına ehtiyac yoxdur. Daha öncə Maradona, Zidan, Ronaldo və Rivaldo dünya çempionu olublar. Buna görə hər kəs indi də Ronaldo və Messinin dünya kubokunu qazanmalarını gözləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31