"Real" Poqba ilə danışıqlara başladı
7 Mart 2014 19:15 İdman"Real" "Yuventus"un fransız futbolçusu Pol Poqbanın transferi üçün oyunçu ilə danışıqlara başlayıb.
Qol.Az-ın xəbərinə görə, bu barədə "Marca" qəzeti məlumat yayıb. PSJ-nin də heyətinə qatmaq istədiyi yarımmüdafiəçinin Madrid klubuna gedəcəyi iddia edilir. "Real"ın fransız məşqçisi Zinəddin Zidanın Poqbanı La Liqa təmsilçisinə transferinə razı salacağı bildirilir.
Qeyd edək ki, 2012-ci ildə "Mançester Yunayted"dən "Yuventus"a transfer olan Poqba indiyə kimi İtaliya təmsilçisi ilə 69 matçda iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31