Muarem Muarem millidə 26 dəqiqə oynadı

Topaz Premyer Liqasında çıxış edən futbolçuların da heyətində olduğu Makedoniya millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, balkanlılar Latviya yığması ilə qarşılaşıb.
"Qarabağ"ın futbolçusu Muarem Muarem və "Xəzər Lənkəran"ın üzvü Deyan Blajevskinin də sıralarında olduğu makedoniyalılar 2:1 hesabı ilə qalib gəlib. Onlardan yalnız biri bu qarşılaşmada iştirak edib. Belə ki, Muarem 64-cü dəqiqədə meydana çıxıbsa, Deyan ehtiyatda qalıb. "Qarabağ"ın üzvü 26 dəqiqə ərzində heç nə ilə fərqlənməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31