Mourinyo müqavilə imzaladı

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Yahoo" şirkəti ilə müqavilə imzalayıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sözügedən şirkətin 2014-cü ildə futbol elçisi olan portuqaliyalı mütəxəssis onun üçün hazırlanan xüsusi forma ilə şəkil çəkdirib.
Qeyd edək ki, Mourinyo "Yahoo" üçün bu il Braziliyada təşkil olunacaq dünya çempionatının oyunlarını şərh edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31