"Atletiko"nun məşqçisinə ağır cəza

"Atletiko"nun məşqçisi German Burqos üç oyunluq cəzalandırılıb. Qol.Az-ın İspaniya mətbuatına istinadənh verdiyi məlumata görə, buna Burqosun La Liqada "Real"la matçda (2:2) görüşün hakimi Delqedo Ferreyronun üzərinə gedib ona kəskin şəkildə narazılığını bildirməsi səbəb olub.
Sözügedən matçın 64-cü dəqiqəsində hakim Dieqo Kostaya simulyasiya etdiyi üçün sarı vərəqə göstərib. Bu qərara əsəbiləşən Burqos hakimlə mübahisə edib, hətta onunla dava etmək istəyib. Yalnız "Atletiko"nun baş məşqçisi, onun köməkçiləri və futbolçuların müdaxiləsindən sonra Buroqsun hakimi vurmasının qarşısı alınıb.
Qeyd edək ki, Burqosun ötən mövsüm "Real"ın o vaxtı çalışdırıcısı Joze Mourinyo ilə də mübahisəsi olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31