Əfsanəvi futbolçu karyerasını bitirir

Hazırda Qətərin "Əl-Sədd" klubunda forma geyinən tanınmış futbolçu Raul Qonzales mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır.
"Əl Sədd"in rəhbərliyi 36 yaşlı oyunçuya daha bir il oynamağı təklif etsə də, Raul qəti qərarını verib. Publika.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bu yaxınlarda "Şalke" və "Real" rəhbərliyi futbolçuya klubda vəzifə verməyə hazır olduqlarını deyiblər. Raulun məhz bu təkliflərdən birini qəbul edəcəyi güman olunur.
Xatırladaq ki, Raul İspaniya yığmasının heyətində 102 oyunda 44 qol vuraraq rekord qırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31