Venger: "Çelsi" 70 faiz "Qalatasaray" səddini keçib"
6 Mart 2014 11:36 İdman"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalının cavab matçında "Qalatasaray"la qarşılaşacaq "Çelsi" klubunun mərhələ keçmək şanslarını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan fransalı mütəxəssis "Çelsi"nin 70 faiz "Qalatasaray" səddini keçdiyini iddia edib:
"Çelsi" səfərdə bir qol vurmaqla cavab oyunu öncəsi üstünlük əldə edib. Londonda 0:0 hesabı da onları qane edəcək. Mourinyonun komandası müdafiə olunmağı yaxşı bacarır. Ancaq öz meydanında müdafiə oynamaq düzgün olmaz. Düşünürəm ki, "Çelsi" 70 faiz "Qalatasaray" səddini keçib. Sadəcə bunu rəsmiləşdirmək qalır".
Qeyd edək ki, "Çelsi" - "Qalatasaray" oyunu martın 18-də, Londonda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31