Azarkeşlər Özili fitə basdı
6 Mart 2014 11:35 İdmanAlmaniya millisinin futbolçusu Məsut Özilin çıxışı alman azarkeşlərin də narazılığına səbəb olub.
Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Çili ilə oynanılan yoldaşlıq görüşündə bir qol ötürməsinə imza atsa da, yaxşı oyun nümayiş etdirməyib. Qarşılaşmanın son dəqiqələrində əvəzlənən futbolçunu azarkeşlər fitə basıb. Özil bu hadisəyə çox üzülüb.
Qeyd edək ki, "Arsenal"ın şərəfini qoruyan Özil London klubunda da uğursuz çıxışı ilə seçilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31