İbrahimoviç: "Heç bir komanda bizi dayandıra bilməz"
5 Mart 2014 19:02 İdmanPSJ-nin futbolçusu Zlatan İbrahimoviç iddialı açıqlama verib. Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, isveçli hücumçu deyib ki, Fransa liqasında heç bir komanda onları birinci pillədən aşağı sala bilməz: "Hər şey öz əlimizdədi. Bu cür oynamağa davam etməliyik. Heç bir komanda bizi dayandıra bilməz".
Zədəsini yeni sağaldan Kavani haqda da danışan İbrahimoviç onun kimi futbolçuya PSJ-nin hər zaman ehtiyacı olduğunu bildirib.
Qeyd edək ki, PSJ hazırda turnir cədvəlində 64 xalla birinci pillədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31