Kompani: "Mourinyonun dedikləri məni narahat etmir"

"Mançester Siti" klubunun kapitanı Vinsent Kompani "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun cavabını verib.  Qol.Az-ın məlumatına görə, "Sky Sports"a danışan belçikalı futbolçu Mourinyonun fikirlərinin onu narahat etmədiyini bildirib: "Mən Mourinyonun fikirlərinə normal yanaşıram. Qalib hər zaman haqlıdır, məğlub isə haqsızdır. Əgər rəqib məşqçi meydana çıxıb, hücumçunun mövqeyində oynamırsa, onun fikirləri məni narahat etmir. Mən daha əvvəl də söylədim, Premyer Liqada çempionluq mübarizəsi 4 komanda arasında gedəcək. Doğrudur, "Mançester Siti" və "Çelsi" klubları digərlərindən bir qədər üstün ola bilər. Ancaq "Liverpul" da hazırda yaxşı formadadır. "Arsenal"a isə yenidən qazanılacaq qələbələr əlavə stimul verəcək. Deməli, çempionatın qalan hissəsi neytral azarkeşlər üçün çox maraqlı olacaq. Mübarizə mövsümün sonunadək davam edəcək".

Qeyd edək ki, Mourinyo bir müddət öncə verdiyi açıqlamasında "Mançester Siti"nin ehtiyatda iki oyunu qaldığı üçün "şəhərlilər"in çempion olmaq şanslarının daha yüksək olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31