Messi satılmır!
"Barselona" prezidenti ulduz futbolçu haqqında son qərarını verib
5 Mart 2014 19:18 İdman"Barselona" prezidenti klubun argentinalı ulduzu Lionel Messi haqqında açıqlama verib. Bartemou Messinin satılık olmadığını deyib.
Klub rəhbərliyi Puyolun vida çıxışından sonra bu açıqlamanı verib.
"Puyol bizim üçün çox şey ifadə edir. O bir oyunçunun klubuna olan bağlılığının ən gözəl örnəyidir. Müdriklik, iradə və fədakarlıq deyəndə ilk ağla gələn Puyoldur".
O, "Barselona"nın gələcəyi haqqında da danışıb. "Messi burada ailəsi ilə birlikdədir. Çox səmimi bir münasibətimiz var. Dünyanın ən çox qazanan futbolçusu olmağa haqqı çatır və yayda bunun reallaşacağına ümid edirik. Bir şeyi qətiyyətlə deməliyəm ki, Messi satılıq deyil. Kariyerasının sonuna kimi burada qalacaq". ans