Misirdə futbol azarkeşlərinə qadağa qoyuldu

Misirdə bu mövsümün sonuna qədər bütün futbol turnirlərinin oyunları azarkeşsiz keçiriləcək. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Misir Daxili İşlər Nazirliyi azarkeşlərin matçları stadiondan izləməsinə qadağa qoyub. Bu qərarın verilməsinin səbəbi isə bəzi insanların stadionlarda insident yaratmaq istəməsidir. Bu hadisənin qarşısını almaq üçün belə qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31