Robben Fransaya qarşı oynamayacaq

Hollandiya millisinin futbolçusu Aryen Robben Fransa yığması ilə oynanılacaq yoldaşlıq görüşündə iştirak etməyəcək. Qol.Az-ın məlumatına görə, bu barədə o, "De Telegraaf"a açıqlamasında deyib: "Şalke" ilə matçın ikinci hissəsində ayağımdan aldığım zərbə səbəbindən ağrılarım var. Buna görə də risk etməyəcəm. Fransa ilə matçda olmayacam".
Qeyd edək ki, Fransa - Hollandiya oyunu sabah axşam, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31