Xavi: "Dünya çempionatında iştirak etməyəcəm"
4 Mart 2014 19:15 İdmanİspaniya millisinin yarımmüdafiəçisi Xavi Hernandez gələcək karyerası haqda danışıb. Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan Xavi 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyini bildirib: "Avro-2016"da iştirak edib-etməyəcəyimi hələlik dəqiq bilmirəm. Baxaq, görək necə alınacaq. Ancaq 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında dəqiq iştirak etməyəcəm. Bu yay Braziliyada baş tutacaq mundiala gəlincə hər kəs turnirdə əlindən gələni edəcək. Orada yaxşı çıxış etməklə azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, İspaniya millisi yoldaşlıq oyunu çərçivəsində sabah axşam İtaliya yığması ilə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31