Azərbaycanlı səyyah Kiyevə gedib
4 Mart 2014 15:39 İdmanİki illik səyahət çərçivəsində Kiyevdə olan azərbaycanlı velosipedçi-səyyah Ramil Ziyadov Ukraynadakı Azərbaycan Səfirliyində olub. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, səfir Eynulla Mədətli Ramil Ziyadovu qəbul edib, səyahəti, üzləşdiyi çətinliklər barədə maraqlanıb. Səfir Ukrayna ərazisində ona lazımi dəstək göstəriləcəyini bildirib. Səyyah Səfirlik əməkdaşları ilə də görüşüb, Azərbaycandan çıxaraq Gürcüstan və Rusiya ərazisini keçdiyi, Ukraynadan Belarusa, Modlovaya, Türkiyəyə gedəcəyi, ordan isə Afrikaya keçərək bütün Afrika qitəsini dolaşmaq niyyətində olduğu barədə məlumat verib. Ramil Ziyadov Azərbaycan Səfirliyi yanında yerləşən Heydər Əliyev parkında da olub, ümummilli liderin abidəsini ziyarət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31