"Liverpul" "Fənərbaxça"ya rəqib oldu
3 Mart 2014 18:33 İdman"Marsel" klubunun yarımmüdafiəçisi Matyeu Valbuenaya təkliflər gəlməkdə davam edir. Qol.Az-ın "La Provence"yə istinadən verdiyi məlumata görə, "Fənərbaxça"nın ardından "Liverpul" klubu da fransız futbolçunun xidmətində maraqlıdır. "Mersisaydlılar" 29 yaşlı futbolçu üçün 10 milyon avrosundan keçməyə hazırdır. Lakin Marsel təmsilçisi Valbuenanın transferi üçün daha yüksək məbləğ tələb edir. "Fənərbaxça" və "Liverpul"un bu məbləği verib-verməyəcəyi böyük maraq doğurur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31