“Mançester Yunayted” baş məşqçini dəyişir
3 Mart 2014 19:43 İdman"Mançester Yunayted"də baş məşçi dəyişikliyi gözlənilir. Publika.az xəbər verir ki, "qırmızı şeytanlar" 27 illik Aleks Ferqyuson "hökmranlığ"ından sonra komandanın başına keçən David Moyesdən narazıdı. "Sunday People"nin xəbərinə görə, uğursuz mövsüm keçirən komandanın baş məşqçisi yayda yola salınacaq.
Artın onun yerini kimin tutacağı da bəllidi. Hazırda Hollandiya millisinə başçılıq edən Lui van Qaalın "Mançester Yunayted"in baş məşqçi postuna gətiriləcəyi iddia olunur.
O, DÇ-2014 başa çatandan sonra yığmanı tərk edərək Premyer Liqaya üz tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31