Burak Yılmazı indi də “Tottenhem” istəyir?
3 Mart 2014 19:51 İdman"Qalatasaray"ın futbolçusu Burak Yılmaz yayda İngiltərəyə gedə bilər. 28 yaşlı futbolçu ilə "Tottenhem" klubu yaxından maraqlanır.
Publika.Az xəbər verir ki, Londonlular Roberto Soldado ilə yollarını ayırmaq fikrindədir.
Qeyd edək ki, Burak Yılmazın "Qalatasaray"la 2016-cı ilə qədər müqaviləsi var. Onun transfer dəyəri isə 14 milyon avrodur.
Xatırladaq ki, Türkiyə mətbuatının iddialarına görə, Burak Yılmazı "Latsio" da istəyirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31