Tomas Duli: "Növbəti matçlarda daha güclü komanda görəcəyik"

"Malayziya ilə oyunumuz ağır alındı. Baş məşqçi postunda debüt matçımda güclü rəqiblə qarşılaşırdıq". Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin yığmasının baş məşqçisi Tomas Duli deyib.
Martın 5-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək asiyalıların çalışdırıcısı Malayziya ilə görüş haqda fikirlərini açıqlayıb: "Biz çox yaşı başladıq. İlk matç üçün elə rəqib seçmişdik ki, nəyə qadir olduğumuzu görə bilək. Malayziya ilə komandamın güclü və zəif tərəflərini gördüm. Onların üzərində çalışacağıq. Bu çatışmazlıqları görə bilmədiyimizdən aradan qaldırmamışdıq. Cəmi 4 məşq keçən komanda üçün yaxşı təsir bağışladıq. Hazırlıq prosesi davam etdikcə oyun sistemi daha da yaxşılaşacaq və növbəti matçlarda daha güclü komanda görəcəyik. Həm də ona görə sevinirəm ki. gəncləri də sınamaq imkanım oldu".

Qeyd edək ki, Azərbaycanla Dubayda baş tutacaq oyun öncəsi Malayziya ilə qarşılaşana Filippin qolsuz heç-heçə ilə kifayətlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31