Mourinyo "Zenit"in hücumçusunu istəyir
3 Mart 2014 19:01 İdman"Zenit" klubunun hücumçusu Halk karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Çelsi" klubu braziliyalı futbolçunun transferində maraqlıdır.
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo mövsümün sonunda Halkı komandasında görmək istəyir. London təmsilçisinin Halk üçün 45 milyon avro xərcləməyə hazır olduğu iddia olunur. Tərəflər arasında razılıq əldə olunarsa, Hakl yeni mövsümdən "Çelsi"nin formasını geyinəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2012-ci ildə "Porto"dan "Zenit"ə transfer olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31