Fabreqas: "Messi hər oyunda meydanda can qoyur"

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas komanda yoldaşı Lionel Messi haqda danışıb. Qol.Az-ın məlumatına görə, Fabreqas İspaniya mətbuatına açıqlamasında Messinin hər oyunda meydanda əlindən gələni etdiyini bildirib: "Komandada heç kəs Messi haqda mənfi fikirlər söyləməyib. Hər oyunda meydanda can qoyan futbolçu varsa, o da Messidir. Onun yaxşı formada olduğunu düşünürəm. Messi dünyanın ən stabil oyun nümayiş etdirən futbolçularından biridir. Onun hər zaman "Barselona"da aparıcı rol oynayacağına şübhə etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31