"Çelsi"nin futbolçusu "Beşiktaş"ın hədəfində

Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda heyətini daha bir ulduz futbolçu ilə gücləndirə bilər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Çelsi"nin müdafiəçisi Eşli Koula "elçi" düşüb. "Beşiktaş"ın baş məşqçisi Slaven Biliç yeni mövsümdən təcrübəli futbolçu komandasında görmək istəyir. "Çelsi"nin əsas heyətindən kənarda qalan ingilis futbolçunun da "Beşiktaş"ın təklifini müsbət qarşıladığı bildirilir. Lakin Koulun yeni mövsümdə "Çelsi"də qalacağı da istisna olunmur.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2006-cı ildə "Arsenal"dan "Çelsi"yə transfer edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31