Konte: "Trabzona müdafiə olunmağa gəlməmişdik"
28 Fevral 2014 17:34 İdman"Yuventus" klubunun baş məşqçisi Antonio Konte Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində dünən "Trabzonspor"la keçirilən oyun haqda fikirlərini bildirib. Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, Konte ilk oyunla müqayisədə bu dəfə daha yaxşı oynadıqlarını deyib:
"İlk oyunla müqayisədə bu dəfə daha yaxşı oynadıq. Növbəti mərhələyə yüksəldiyimiz üçün çox şadam. Covinko bu görüşdə əla oynadı və qələbə qazanmağımızda böyük pay sahibi oldu. İki qolun ötürməsini versə də, özü fərqlənə bilmədi. Oyundan öncə futbolçularıma Trabzona müdafiə olunmaq üçün gəlmədiyimizi söyləmişdim. İlk dəqiqələrdən hücuma atıldıq və qol vurmağı bacardıq".
Qeyd edək ki, səfərdə "Trabzonspor"u 2:0 hesabı ilə məğlub edən "Yuventus" 1/8 finala yüksəlib.