Eto'O "İnter"ə qayıdır

"Çelsi" klubunun hücumçusu Samuel Eto'O mövsümün sonunda komandadan ayrıla bilər. Qol.Az-ın "Corriero dello Sport"a istinadən verdiyi məlumata görə, kamerunlu futbolçunun yenidən "İnter"ə qayıdacağı iddia olunur. Mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq Eto'O Milana qayıtmaq istədiyini bildirib. Təcrübəli futbolçunun karyerasını məhz "İnter"də başa vurmaq istədiyi bildirilir.

Qeyd edək ki, Eto'O 2009-2011-ci illərdə "İnter"in şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31