Milinko Pantiç: "Bunun cəzasını çəkdik"

"Futbola xas olan bir oyun gördük. Komandam rəqibi ciddiyə almadı". Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Sumqayıt"la oyundan sonra (0:0) keçirilən mətbuat konfransında deyib. Serbiyalı mütəxəssis hesabın ədalətli olduğunu bildirib: "İlk hissəni rəqibə "hədiyyə" verdik və bunun cəzasını çəkdik. Qol vurmaq üçün şanslarımız oldu. Hesabın ədalətli olduğunu düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31