Toni Doblas rəsmən “Napoli”də!

"Xəzər Lənkəran"ın sabiq qapıçısı Toni Doblasın "Napoli"yə keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı ispaniyalı mövsümün sonunadək İtaliya A seriyasında mübarizə aparan Neapol təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Doblas "Xəzər Lənkəran"a Con Toşak tərəfindən ötən ilin yanvarında transfer olunub. Klubla 1,5 illik müqavilə bağlasa da, Avroliqada Hayfa "Makkabi"sinə 0:8 hesablı yenilgidə günahkar bilinərək komandadan qovulmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31